29 Avqust, 2014
Amerikada “Burning Man” çılğınlığı

Amerikanın Nevada əyalətindəki Black Rock Səhrasında həyata keçirilən “Burning Man” (Yanana Adam) festivalı bu il də 7000-dən artıq insanın qatılması ilə başladı. Simsar.az xəbər verir ki, sənət və mədəniyyət festivalı olan “Burninq Man” da sənətçilərin səhrada yerləşdirdikləri əsərlər böyük maraq doğurub. Avqustun 25-dən sentyabrın1-nə qədər davam etməsi nəzərdə tutulan festivalda iştirakçılar çölün istiliyinə rəğmən əylənməyə davam edir. Larry Harvey və Ceri Ceyms tərəfindən ilk dəfə 1986- cı ildə Fransisko Bakers Çimərliyində təşkil edilən festival iştirakçılarının artası ilə 1990-cı ildə Black Rock Səhrasında keçirilməyə başlayıb.

Günel

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!