29 Avqust, 2014
Voleybolçularımız Belqrada yola düşürlər

31 avqust – 1 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belgrad şəhərində Çimərlik voleybolu üzrə “CEV Kontinental Cup 2nd Round” u keçiriləcək. Simsar.az xəbər verir ki, D qrupunda mübarizə aparacaq kişilərdən ibarət milli komandalarımız Litva, Bolqarıstan, Albaniya cütlükləri ilə qarşılaşacaqlar. Qadınlardan ibarət cütlüklər isə Estoniya , Serbiya, Albaniya milliləri ilə qarşılaşacaqdır. Komandamız bu gün yola düşəcək.

Ölkəmizi təmsil edəcək cütlüklər:

Qadınlar:

Kərimova Yuliya - Raquel Gonsalves Ferreira.

Zinaida Liubymova – Vivian Danielle Conceiçao Cunha.

Kişilər:

Leonid Gritsai- Bernardo Wermelinger Romano .

Artem Fedorov – Meilton Moises Santos Merces.

Baş məşqçi: Joao Luciano Simao Barbosa.

Qeyd edək ki, sentyabr ayının 10-14 tarixində paytaxtımızda “2014 CEV Beach Volleyball European Championship Baku Masters” keçiriləcəkdir.

Simsar.az

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!