29 Avqust, 2014
Türkiyədə yeni Cümhuriyyət höküməti qurulur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğluna hökuməti qurmaq tapşırığı verib.

Rəcəb Tayyib Ərdoğan təhvil-təslim mərasimindən sonra Əhməd Davudoğlunu Çankaya köşkündə qəbul edib. Prezident adminstrasiyasından verilən açıqlamada, “Hörmətli prezidentimiz, bu gün Konya millət vəkili və Ədalət və İnkişaf Partiyası Sədri hörmətli Əhməd Davudoğlunu Çankaya köşkündə qəbul edərək, 62-ci” Cümhuriyyət Hökumətini qurmaq tapşırığı verib” - deyilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!