29 Avqust, 2014
Baş nazir istefa etdi

Liviyanın müvəqqəti baş naziri Andullah-əs-Səninin istefa etdiyi bildirilib.

Simsar.az xəbər verir ki, Liviya hökümətinin yazılı açıqlamasında bildirilib ki, “Hökümət, Konstutsiyaya görə istefasını Milli Məclisə təqdim edərək, seçimi məclisin öhdəsinə buraxır. Yaxın günlərdə məclis Liviya xalqının bütün problemlərini həll edəcək, təhlükəsizliyini və sabitliyini təmin edəcək və gözləntilərini qarşılayacaq yeni höküməti seçəcək”.

İstefanın səbəbinə dair dəqiq məlumat verilməs də, hökümətin Trablusdakı meydana gələn hadisələri qınadığını bildirən açıqlamada:”Hökümət, Trablus şəhərində meydana gələn hadisələr qarşısında təəccübünü ifadə edərək, bunları qınayır. Şəhərdə haqq, hüquq tapdalandı, evlər yandırıldı, xalq hücum edilərək, köçürüldü” bildirilib.

 

Müvəqqəti baş nazir Abdullah-əs-Səni martın 11-də höküməti qurmaq üçün vəzifəyə gətirilmişdi. Ancaq ölkənin yaşadığı təhlükəsizlik problemi səbəbindən yeni baş nazirin seçilməsi həyata keçirilməmişdi.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!