29 Avqust, 2014
İran hələ də Azərbaycandan şübhələnir

Dünən İran Baş Qərargah Rəisinin köməkçisi Məsud Cəzayeri İranın İsrail istehsalı pilotsuz təyyarəni vurmasıyla bağlı açıqlama verib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, o açıqlamasında,  təyarənin ölkənin şimalında yerləşən bir ölkədən qalxdığını iddia edib. Cəzayeri hansı ölkədən bəhs etdiyini açıq şəkildə ifadə etməsə də, bu ölkənin daha öncə SSRİ üzvü olduğunu söyləyib. Cəzayeri adını çəkmədiyi ölkənin İrana qarşı səhvini dərhal düzəltməsi üçün hərəkətə keçməsini istəyərək, əks təqdirdə açığa çıxarılacaqlarını bildirib.

İranın açıqlamalarına görə şübhə altında 3 ölkə var. Bunlar şimalındakı Ermənistan, Azərbaycan və Türkmənistandır. İranın əvvəllər Azərbaycanı İsraillə yaxın münasibətləri səbəbiylə tənqid etməsi, Azərbaycan üzərində şübhələri daha da artırır.

Məlumat üçün bildirək ki, İran keçən bazaar günü İsrail istehsalı olan insansız təyyarənin İran üzərində vurulduğunu açıqlamışdı. Qeyri rəsmi məlumatlarda bu təyyarənin Azərbaycandan qalxdığı iddia edilmişdi. Rəsmi Bakı isə İranın vurduğu İsrail PUA-sının Azərbaycandan havaya qalxması xəbərini təkzib etmişdi.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!