29 Avqust, 2014
Şəkidə bu gün “Moto Festival” keçiriləcək

Bu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

Simsar.az xəbər verir ki, festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq. O cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksonun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Tədbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.

CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.

 

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!