29 Avqust, 2014
Siyəzəndə dəhşət: 2 ölü

Siyəzən rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində minik maşını su kanalına düşüb.

Belə ki, “VAZ” markalı avtomobil Siyəzən rayonu ərazisində Taxtalıkörpü adlanan suvarma kanalına düşüb. Qəza nəticəsində maşında olan 2 nəfər suda boğulub 2 nəfər isə xilas olub.

Rayon fövqəladə hallar komissiyasının sədri Zəfər Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə xilasedicilər cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin suda xilasetmə xidmətinin əməkdaşları maşında olanlardan birinin meyidini tapıb. Digərlərinin cəsədləri axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!