28 Avqust, 2014
Militanlara “ruh yüksəkliyi vermək üçün” gedirlər

Malaziya kəşfiyyat nümayəndələri, 3 malaziyalı qadının militanlara ruh yüksəkliyi vermək üçün İŞİD-ə qoşulduqlarını açıqlayıb. The Malaysian Insider saytının xəbərinə görə, İŞİD-ə simpatiyası olan bəzi müsəlman qadınlar, seks cihadı üçün əksər vaxtlarda Türkiyədən keçib Suriyaya və İraqa gedirlər.

Malaziyalı qadınlarla yanaşı, avstraliyalı və ingilis qadınların da eyni məqsədlə İŞİD-ə qoşulduğu bildirilir. Məlumatda, “İraqın Mosul şəhəri İŞİD tərəfindn işğal olunduqdan sonra evli olmayan qadınların cihad seksi üçün göndərilməsi əmri verilib” - deyə bildirilib.

Aralarında qadınların da olduğu 600-dən çox ingilis müsəlmanın İŞİD-ə qoşulduğu açıqlanıb. Kəşfiyyat  nümayəndələri, 50-yə qədər malaziyalının da militan qruplarına qoşulduğunu qeyd ediblər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!