28 Avqust, 2014
“Qarabağ” tarix yazacaqmı?

Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu bu gün gerçəkləşdirə bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bunun üçün Avropa Liqasının pley-off mərhələsini adlamalıdır.

Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olacaq. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” bu səddi adlamaq üçün mütləq qol vurmalıdır.

Təmsilçimiz qol vurub, uduzmasa qrupa yüksələcək. Rəqib qapısına yol tapmadan isə görüşü penaltilər seriyasına daşımaq olar. Lakin oyunu “lotereya”ya aparmaq da qələbə demək deyil. Buna görə də, ağdamlılar “Tvente”nin qapısına yol tapmalıdır.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ"

Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)

Enshede. “Tvente” stadionu

İlk oyun – 0:0

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!