28 Avqust, 2014
İki Avropa ölkəsi NATO-nun bir addımlığında

“Finlandiya və İsveç hakimiyyəti NATO ilə hərbi əməkdaşlıq haqqında razılaşmanı imzalamaq niyyətindədir”.

Simsar.az xəbər verir ki, bu barədə russ24.ru məlumat yayıb.

Sayt bildirir ki, bu, 4-5 sentyabrda Uelsdə təşkilatın sammitinin gedişatında olacaq. Ekspertlərin fikrincə, Finlandiyanın və İsveçin NATO-ya üzv olmaları mümkündür. Eyni zamanda, NATO ilə sıx əməkdaşlıq İsveçin və Finlandiyanın bitərəfliyinə son qoya bilər.

Bundan sonra bu ölkələrin ərazisində NATO-nun təsiri əhəmiyyətli dərəcədə artacaq. Sözsüz, hadisələrin bu cür inkişafı Rusiyanın maraqlarını çox da təmin etmir. Çünki NATO Rusiya sərhədlərinə yaxınlaşır.

Xatırladaq, Finlandiya sakinləri NATO-ya üzv olmağın əleyinədirlər. Bir halda ki, belə ittifaq hərbi sferaya əlavə maliyyə yatırımını tələb edir. Ölkə rəhbərliyi əks mövqeyi tutur və NATO-nun dəstəyi ilə üzvlüyü təmin etməyə çalışır.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!