28 Avqust, 2014
Goranboyda əmək yarmarkası keçirilib

Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkası bu gün Goranboy rayonunda keçirilib.

Simsar.az xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa  boş (vakant) iş yerlərinə göndəriş verilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən sabah respublikanın daha iki rayonunda - Kürdəmir və Samux rayonlarında da Əmək yarmarkalarının keçiriləcək

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!