28 Avqust, 2014
Ukrayna hərbçiləri Rusiyaya sığındı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Rostov bölməsi Donbas və Luqansk vilayətlərindəki qarşıdurmalardan qaçan 62 Ukrayna hərbçisinin Rusiyaya sığındığını açıqlayıb.

Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər Rusiya sərhədinə gələrək, qarşı tərəfə belə qərarda olduqlarını bildiriblər.

Qeyd olunur ki, Rusiya tərəfi məsələyə müsbət yanaşıb və hərbçilər Şmarko adlanan yaşayış məntəqəsinə aparılıblar.

Xatırladaq ki, bir müddət öncə də separatçıların mühasirəsinə düşmüş Ukrayna hərbçiləri Rusiyadan sığınacaq iştəmişdilər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!