28 Avqust, 2014
Kişilərə qadağandır - FOTOLAR

“Həyat kişilər olmadan daha da gözəldir”

Braziliyanın Noiva do Cordeiro qəsəbəsində yalnız qadınlar yaşayır. Qəsəbədə yaşayan 600-dən çox qadının yaşı 33-dən azdır.

Bir qismi evli olan qadınlar, ərlərinin onlarla eyni qəsəbədə yaşamasına icazə vermirlər.

Qadınlar, 18 yaşdan yuxarı oğlanların da onlarla yaşamasına icazə vermirlər.

Bu vəziyyətin, qəsəbə qadınlarının evlənməsinə əngəl olduğunu deyən sakinlər, evlənmək üçün uyğun namizədləri gözlədiklərini bildiriblər.

Lakin onlarla evlənəcək kişilər ayrı yaşamağa razı olmalıdırlar.

Qəsəbədəki bütün işləri özlərinin etdiklərini deyən qadınlar, Noiva do Cordeiroyu çox sevdiklərini və evlənmək üçün yaşadıqları yerdən ayrılmaq istəmədiklərini dilə gətiriblər.

Qəsəbə sakinləri, “Həyat, kişilər olmadan daha da gözəldir” deyirlər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!