28 Avqust, 2014
Türkiyə Pekin Beynəlxalq Kitab Fuarında

Türkiyə fəxri qonağı olduğu  Pekin Beynəlxalq Kitap Fuarında 3000 kitab, 20 nəşriyyat və çox saylı sərgi ilə iştirakçıları ovsunlayıb.

Simsar.az xəbər verir ki, Çində keçirilən Pekin Beynəlxalq Kitab Fuarı Türkiyəni təmsil edən Mədəniyyət və Turizm nazirinin müavini Əbdürrəhman Arıcın iştirakı ilə açılıb. Paytaxt Pekində yerləşən Çin Beynəlxalq Fuar Mərkəzində təşkil edilən fuarın Türkiyə stentdinin açılışında çıxış edən Arıcı, Türkiyənin 932 kvadrat metrlik sahədə qurulan üç ayrı stenddə təqdimatlarını edəcəklərini bildirib. Türkiyənin əsas stenddə 3000 əsərdən ibarət olan kitab sərgisini iştirakçılara təqdim edəcəklərini deyən Arıcı bu hissədə uşaq və gənclik nəşrlərinə də xüsusi yer ayrıldığını bildirib. Arıcı fuar boyunca Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən doqquz müəllif agentliyinin də peşəkar görüşlərdə olacağını diqqətə çatdırıb. 20 nəşriyyat üçün xüsusi olaraq hazırlanan setndlərdə də Türkiyəyə aid ədəbi əsərlərin Çinli kitabsevərlərə təqdim ediləcəyini ifadə edən Arıcı, milli sərgilər stendində “Çindən görünən Osmanlı Sərgisi”, “Anadolu Xalq Oyuncaqları Sərgisi” və “Qübbələr Dijital Sərgisi”nin iştirakçıların ixtiyarına veriləcəyini qeyd edib.

Təlimlərdə dizüstü bilgisayarların istifadə edildiyi “FATİH” layihəsi haqqında məlumat veriləcək fuarda, Piri Rəis və Orxan Kamalı tanıdan panellər də hazırlanacaq. Arıcı əcnəbi film kvotasından da faydalanmaq istədiklərini və Çinin 50 əcnəbi film kvotasına ən az üç Türk filminin daxil edilməsi üçün görüşlər keçirəcəyini dilə gətirib.

Fuar 31 avqusta qədər davam edəcək.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!