27 Avqust, 2014
Aygün Kazımova səhnəni Elton Hüseynəliyevlə bölüşəcək - ÖZƏL

Simsar.az xəbər verir ki, Azərbaycanın xalq artisti, Pop - Diva Aygün Kazımova avqustun 29-u Nabranda baş tutacaq konsertində səhnəni yalnız sevimli ulduz Elton Hüseynəliyevlə bölüşəcək.

Bu barədə oxucularımızı  möhtəşəm şounun təşkilatçısı, ölkənin əsas prodüseri Tarix Əliyev (Tolik ) məlumatlandırdı:

"Aygün xanımla Eltonun bir neçə dueti var ki, artıq yetərincə dinləyici sevgisi qazanıb.  Sırf bu səbəbdən Aygün xanım, təkcə Eltonla eyni səhnəni bölüşəcək.

Sürprizlərdən bol olacaq konsert barəsində ətraflı danışmaq istəmirəm.  Bircə onu vurğulaya bilərəm ki, Cavid Gülün aparıcılığı ilə yaddaqalacaq gecə çox fərqli şəkildə bəzədiləcək. Bu işdə bizə illərdir dostluq etdiyim  "T qrup dizayn" şirkətinin rəhbəri Təhminə xanımın komandası və dizayner İbo dəstək olacaqlar".

Qeyd edək ki, saat 21.00- başlayacaq konsertdə

Pop-Diva həmçinin özəl geyimləri ilə də sevənlərini heyrətləndirəcək.

"Yayın ən qaynar şousu"na xüsusi proqram ilə DJ Roşka da  rəng qatacaq.

Biletləri 20-50 AZN arasında dəyişən konsertdə iştirak etməyə dəyər.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!