27 Avqust, 2014
İqbal Hacızadə Olimpiya çempionu oldu

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. Üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparıb.

100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub.

 

1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0

2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10

3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5

 

FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA) 5:1

 

Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!