27 Avqust, 2014
Rusiya və ABŞ Ukrayna probleminin həlli üçün bir arada

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Rusiyanın Ukrayna barədə Finlandiyada gizli görüşü barədə yayılan məlumatı təsdiqləyib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Finlandiya Xairici İşlər Nazirliyinin “Rusiya və ABŞ arasında Finlandiyada Ukrayna problemi üçün gizli görüş keçirməsinə” dair verdiyi açıqlamanın ardından Rusiya XİN-i yeni bir açıqlama verib. Nazirlik iyun ayının sonunda Boysto adasında belə bir görüşün keçirildiyini, ancaq görüşdə rəsmilərin olmadığını” bildirib.

Görüşün rus və amerikalı QHT nümayəndələri və akademiklər arasında keçirildiyini vurğulayan XİN həmçinin qeyd edib ki, “Ukraynanın cənub-şərqində baş verən böhranın həlli üçün göstərilən cəhdləri dəstəkləyirik”.

Onu da qeyd edək ki, iki həftə öncə Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinisto ilə görüşüb. Görüşün ardından Moskva və Helsinkinin Ukraynadakı problemin həlli üçün ortaq hərəkətə keçəcəyi bildirilib.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!