27 Avqust, 2014
Azərbaycan Millisinin İsraillə oynayacağı heyət açıqlandı

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaqdır.

AFFA-dan Simsar.az-a bildiriblər ki, millimizin hər iki oyunu üçün heyəti açıqlanıb.

Heyətdə Tərzin Cahangirov, Bəxtiyar Həsənalızadə, Şahrudin Maqomedaliyev, Maqomed Kurbanov, Ceyhun Cavadov, Andriy Popoviç, Slavik Alxasov (hamısı “Sumqayıt”), Tərlan Quliyev, Şəhriyar Əliyev, Hacı Əhmədov, Namik Ələskərov (hamısı “Qarabağ”), Abdulla Abasiyev, Azər Salahlı, Fuad Bayramov (hər üçü “İnter”), Elşən Abdullayev, Samir Məsimov, Məqsəd İsayev (hər üçü “Neftçi”), Rəşad Eyyubov, Vadim Abdullayev (hər ikisi “Simurq”), Ağabala Ramazanov, Orxan Sadıqlı (hər ikisi “Xəzər-Lənkaran”), Urfan Abbasov (“Qəbələ”), Rəhman Hacıyev (“QaziantepBB Spor”, Türkiyə), Taşkın İlter (“Eintracht Braunschweig”, Almaniya) və Tuğrul Erat (“Fortuna Dusseldorf”, Almaniya) yer alıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!