27 Avqust, 2014
Şeyxin yubileyi Gürcüstanda qeyd olunacaq

Ümumgürcüstan Patriarx-Katolikosu II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə zəng edərək onu anadan olmasının 65-ci ildönümü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, gürcü xalqının dini lideri Qafqaz Müsəlmanları İdarəsinin sədrini Gürcüstana dəvət edərək, şeyxülislamı qardaş ölkədə salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini söyləyib.

Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcək. Bu münasibətlə Tbilisidə xüsusi toplantının və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbulların təşkili nəzərdə tutulur. Yubiley tədbirlərində iştirak etmək üçün şeyxülislam ilə birlikdə Milli Məclisin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icmalarının başçıları, ictimai xadimlər Gürcüstana səfər edəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!