27 Avqust, 2014
Azərbaycanlı iş adamı beynəlxalq axtarışa verildi

Qırğızıstan hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Simsar.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 40 yaşlı Cəmil Əliyev vergidən yayınma, mühasibat kitablarının saxtalaşdırma və böyük miqyaslı mənimsəmədə ittiham olunur. Onun tutulması üçün dövlətlərarası axtarış elan edilib.

APA-nın əldə etdiyi məlumata görə, C.Əliyev Qırğızıstanda biznes fəaliyyəti ilə məşğul olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!