27 Avqust, 2014
“Beşiktaş” Londonda tarix yazacaqmı? – AFİŞA

Bu gün Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulacaq. Simsar.az saytının məlumatına görə, pley-offun son 5 oyunu ilə qrup mərhələsinin iştirakçıları bəlli olacaq.

Azərbaycan azarkeşlərinin diqqəti Londona yönələcək. Qonşu Türkiyənin “Beşiktaş” klubu öz meydanında məğlub edə bilmədiyi “Arsenal”ın qonağı olacaq. İstanbul təmsilçisini səfərdə qollu bərabərlik də qane edir.

“Qarabağ”ın qənimi “Zalsburq” və “Styaua” evdə qazandığı üstünlüyü səfərdə qorumağa çalışacaq. “Bayer” isə əksinə, rəqib meydanında qazandığı qələbədən sonra ev matçına rahat çıxacaq. İspaniyada isə “Böyük beşlik” çempionatlarını təmsil edən iki komanda qarşılaşacaq. “Atletik” öz meydanında “Napoli”ni sınağa çəkəcək.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

27 avqust

23:45. “Malmö” (İsveç) - “Zalsburq” (Avstriya)

İlk oyun - 1:2

23:45. “Ludoqorets” (Bolqarıstan) - “Styaua” (Rumıniya)

İlk oyun - 0:1

23:45. “Arsenal” (İngiltərə) - “Beşiktaş” (Türkiyə)

İlk oyun - 0:0

23:45. “Bayer” (Almaniya) - “Kopenhagen” (Danimarka)

İlk oyun - 3:2

23:45. “Atletik” (İspaniya) - “Napoli” (İtaliya)

İlk oyun - 1:1

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!