27 Avqust, 2014
Xəyanət edən First Lady ölkədən qaçdı – FOTOLAR + VİDEO

Estonya prezidentinin kafedə gənc bir oğlanla öpüşərkən jurnalistlərə yaxalanan  46 yaşlı həyat yoldaşı, ölkədən qaçıb.

Məlumat üçün bildirək ki, 2006-cı ildən Estonyanın prezidenti olan Toomas Hendrik Livesin arvadı Evelin Lives, başqa bir kişiylə ictimaiyyət içində öpüşərkən jurnalistlərə yaxalanmışdı. Kroonika jurnalı birinci səhifəsində öpüşən prezident arvadının şəklini verdikdən sonra ölkə bir-birinə dəymişdi. Lakin hadisəylə bağlı prezident adminstrasiyasından hələ də heç bir açıqlama verilməyib.

Bu biabırçı skandaldan sonra First Lady açıqlama verərək, “Bu an həyatımın ən çətin anlarını yaşayıram. Zərər verdiyim hərkəsdən bütün ölkənin gözü önündə üzr istəyirəm” – ifadələrini işlədmişdi. Lakin skandal gündəmdən düşməyincə Evelin Lives, 10 yaşlı qızıyla Almaniyaya qaçıb.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!