Suriyanın şimalında və İraqın üçdə birində idarə etdiyi torpaqlarda Xilafət elan edən İŞİD, ələ keçirdiyi müasir silahlarla gücünə güc qatmaqda davam edir. Suriya ordusuna aid aviabazanı ələ keçirən İŞİD, MiG-21B tipli hərbi qırıcılar da ələ keçirib. Təşkilatın qırıcıları idarə etmək üçün pilotları olmasa da, bu tip silahların militanların əlində olması narahatlıq yaradır.
İŞİD-in əldə keçirdiyi silahların siyahısı
SA-16 - İŞİD-in ələ keçirdiyi ən önəmli silahdır. Çiyindən atmalı və daşına bilən mexanizm 4.8 kilometr raket ata bilir. Həmçinin təşkilatın əlində FIM-92 Stinger istiliyə uçan təyarəvuran və eyni sinifdən SA-7 də var.
AİM-9 Sidewinder – Qırıcılar tərəfindən istifadə edilən, istiliyə uçan, havadan-havaya müharibə raket sistemi. Partlayıcı başlığa və ultrabənövşəyi yolgöstərən sistemə malik, Amerika istehsalı olan bu raketlərin qiyməti təxminən 90 min dollarıdr.
Tank – Mütəxəssislərə görə İŞİD-in təxminən 30 Sovet istehsalı T-55 və 10 T-72 tankı var.
Humvee - Yüksək Hərəkət Qabiliyyətli Çox Məqsədli Vasitə. Amerikan ordusunun İraqı tərk edərkən İraq ordusuna verdiyi Humveelər. İŞİD bunları Mosulda ələ keçirdiyi hərbi aviabazalarda ələ keçirib.
UH-60 - Sikorskynin istehsal etdiyi, “Qara Şahin” olaraq bilinən əsgər daşıma və hücum helikopteri. İŞİD bunlarıla birlikdə Mosul hava limanında hərbi yük təyarələri də ələ keçirib.
M-79 Osa - İdarəolunan tankvuran raket. Militanlar bununla yanaşı HJ-8 və AT-4 təyarəvuranlardan da istifadə edirlər.
BM-21 Qrad - Zirehli raketatan maşın. Eyni anda birdən çox raket ata bilir.
Scud - Balistik raket. İŞİD-in əlində ən az 1 dənə olduğu bildirilir.
Kimyəvi silahlar – İŞİD, Səddam Hüseyin zamanından qalma kimyəvi silah bazalarını ələ keçirsə də, mütəxəssislərə görə bazalarda olan silahlar təhlükəli deyillər.
Vüsal Qarayev