27 Avqust, 2014
Həmas QƏLƏBƏ elan etdi - Qəzzada atəşkəs - FOTOLAR

Dünən İsrail ilə Həmas, Misirin yardımı ilə 7 iyulda başlayan qanlı döyüşlərə son vermək üçün razılaşıblar. İsrail Qəzzaya humanitar yardım keçməsinə razılıq verib, Həmas isə qələbə elan edib.

Həmasla İsrail arasında “önü açıq” atəşkəs razılaşdırıldıqdan sonra, qəzzalılar küçələrə çıxaraq qələbələrini qeyd ediblər. Bu atəşkəslə İsrail, Qəzzalı balıqçıların ovlanma ərazilərinin genişləndirilməsinə, blokadada olan şəhərə humanitar yardım və inşaat ləvazimatlarının gətrilməsinə razılıq verib.

Həmas Siyasi Büro Rəisi Köməkçisi Musa Ebu Merzuk, atəşkəsin əslində “zəfər” olduğunu deyib. ABŞ Xarici İşlər Nazirliyi nümayəndəsi Jen Psaki də, “Atəşkəsi şiddətlə dəstəkləyirik” deyib.

Tərəflər Misirin paytaxtı Qahirədə danışıqların davam etdirilməsini planlaşdırıblar. Bu danışıqlarda, Həmasın Qəzzaya hava limanı və liman tikilməsi tələbi müzakirı ediləcək. Bir digər müzakirə mövzusu isə, 2011-ci ildə azad edilən İsrail əsgəri Qilad Şalitin əvəzinə azad edilən və yenidən həbs edilən 100 fələstinlinin taleyi olacaq.

Ümumilikdə İsrailin “Qoruyucu zolaq” adı verdiyi 7 həftəlik əməliyyatlarda əksəriyyəti mülkilər olan 2 min 140 nəfər Fələstinli, 64 İsrail əsgəri və 4 İsrailli mülki ölüb.

Vüsal Qarayev










Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!