26 Avqust, 2014
Merkel və Ollanddan Putinə ULTİMATUM

Avropa Birliyi Rusiyaya təzyiqi gücləndirməyə çalışır.

Simsar.az Almaniyanın "Die Zeit" qəzetinə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Şərqi Ukraynadakı separatçılar Kiyevlə barışığa razılıq verməyəcəkləri halda, Rusiyaya daha sərt sanksiyalar tətbiq etməyə hazır olmaları ilə bağlı Vladimir Putinə xəbərdarlıq ediblər. Telefon danışı zamanı Almaniya və Fransa liderləri Putini Şərqi Ukraynadakı separatçılara təzyiq göstərməyə çağırıblar. Fransa prezidenti administrasiyasında bildiriblər ki:

”Əgər bu, baş verməsə, beynəlxalq cəmiyyət Rusiya barədə tədbirlər görəcək”.

Xatırladaq ki, Poroşenko şərqdəki qətllərdə iştirak etməyən separatçılara silahı yerə qoymağı təklif edib. Bunun üçün onlara amnistiya veriləcəyi vədi verilib. Donbassdakı separatçılar isə bu təklifdən imtina ediblər. Eyni zamanda, NATO bildirir ki, Rusiya öz qoşunlarını yenidən Ukrayna sərhədlərinə yeridir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!