26 Avqust, 2014
İki yük maşını toqquşdu - Yaralılar var

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın apa-ya istinadən məlumatına görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZel” markalı avtomaşınla “Shacman” markalı yük maşını toqquşub. Qəza nəticəsində “QAZel”də olan iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Quba rayonunun Rustov kənd sakinləri - 1958-ci il təvəllüdlü Kərimov Səfərqulu Məhəmməd oğlu və onun 1985-ci il təvəllüdlü oğlu Yaşardır. Hər iki şəxsə qapalı kəllə beyin travması və sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. S.Kərimovun vəziyyətinin orta ağır, oğlunun vəziyyətinin isə ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!