26 Avqust, 2014
Gecənin ölüm-dirim matçları - AFİŞA

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Simsar.z-ın məlumatına görə, baş tutacaq beş qarşılaşmadan sonra qrup mərhələsinin 5 iştirakçısı müəyyənləşəcək.

Günün ilk qarşılaşması Rusiyada keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da "Zenit" Belçikanın "Standart" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Peterburq təmsilçisi bu görüşün əsas favoriti hesab olunur.

Digər oyunlara gəldikdə APOEL (Kipr) öz meydanında "Olborq"u (Danimarka), BATE (Belarus) isə "Slovan" (Slovakiya) klubunu qəbul edəcək. "Maribor" (Sloveniya) səfərdə "Seltik"in (Şotlandiya), "Lill" (Fransa) isə "Porto" (Portuqaliya) klubunun qonağı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin son 5 iştirakçısına sabah axşam keçiriləcək beş oyundan sonra aydınlıq gələcək.

 

26 avqust


Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

21:00. "Zenit" (Rusiya) - "Standart" (Belçika) (İlk oyun - 1:0)

23:45. APOEL (Kipr) - "Olborq" (Danimarka) (İlk oyun - 1:1)

23:45. BATE (Belarus) - "Slovan" (Slovakiya) (İlk oyun - 1:1)

23:45. "Seltik" (Şotlandiya) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:1)

23:45. "Porto" (Portuqaliya) - "Lill" (Fransa) (İlk oyun - 1:0)

 

27 avqust

 

23:45. "Arsenal" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) (İlk oyun - 0:0)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "Napoli" (İtaliya) (İlk oyun - 1:1)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 3:2)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) (İlk oyun - 0:1)

23:45. "Malmö" (İsveç) - "Zalsburq" (Avstriya) (İlk oyun - 1:2)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!