26 Avqust, 2014
Günel Ələkbərovanın 3 aylıq qızının yeni FOTOSU

Simsar.az xəbər verir ki, tanınmış estrada müğənnisi Günel Ələkbərova mayın 24-də dünyaya gələn qızının yeni fotosunu İnstagram və Facebookdakı profilində paylaşıb.

3 aylıq Məryəmxanımla nəfəs aldığını yazan müğənni, qızına məmnunluqla qulluq etdiyini dostlarından gizlətməyib : "Hər şey qurban olsun qızımın bircə telinə.

Yaxşı ki, varımsan bir dənəm. Səni verənə şükr".

Əldə etdiyimiz məlumata görə gələn ay Günel dost-tanışlarını bir araya toplayaraq övladının şərəfinə məclis təşkil edəcək.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!