26 Avqust, 2014
“Sanksiyalar İranı daha gücləndirib” – PENTAQON

“ABŞ-ın Müdafiə Nazirliyi-nin sabiq rəsmisi Vaşinqtonun İrana qarşı sanksiyalarının bu ölkənin daha güclü və müstəqil olmasına səbəb olduğunu bildirib”.

Simsar.az Sahar TV-yə istinadla xəbər verir ki, Pentaqonun sabiq rəsmisi olmuş Maykl Melof PressTV ilə müsahibədə deyib: İsrailə məxsus bir pilotsuz təyyarənin İran səmasında vurularaq, yerə salınması bu ölkənin çox yaxşı potensiallara malik olmasının nişanəsidir.

O, bütün bunların İranın xaricdən istiqamətləndirilən məxfi əməliyyatlara qarşı tam hazırlığa malik olmasının nişanəsi adlandırıb.

Sabiq Pentaqon rəsmisi ABŞ tərəfindən İranın nüvə fəaliyyətlərinə yönəlmiş sanksiyalara işarə edərək, sanksiyaları Qərbin hər iki üzü kəskin qılıncı adlandırıb və deyib: İran İslam Respublikası bu sanksiyalara rəğmən hər gün daha da güclənir və daha müstəqil olur.

Maykl Melof həmçinin, İranın bir çox potensiallara malik olduğu bildirərək, dünyanın bundan heyrətə gəldiyini deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH bazar günü sionist rejimin bir ədəd pilotsuz təyyarəsini vuraraq, yerə salmasından xəbər verib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!