26 Avqust, 2014
Elçin Şıxlı: "Jurnalistikadan getmək haqda düşünürəm"

“Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik bağlanması haqqında qərar verib.

Simsar.az xəbər verir ki, bu barədə aktual.az-a Elçin Şıxlı məlumat verib.

O deyib ki, rəhbərlik etdiyi “Ayna”-“Zerkalo” qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb:

“Yaxın günlərdə qəzetləri birdəfəlik bağlamaq haqda elan verəcəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!