26 Avqust, 2014
Metroda gediş haqqı bahalaşır?

""Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması üçün Tarif Şurasına etməyib, etmək fikri də yoxdur".

Simsar.az xəbər verir ki, bunu APATV-nin "Sosium" verilişinin qonağı olan qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. N. Paşayev bildirib ki, metroda gediş haqqı bahalaşmayacaq. Qurumun sözçüsü hələki qiymət artımının gözlənilmədiyini, metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas olmadığını söyləyib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!