26 Avqust, 2014
Nanjinq-2014: Leyla Qurbanova gümüş medal qazandı

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. İkinci yarış günündə yeniyetmə qızlar mübarizə aparıb.

52 kq çəki dərəcəsində mwbarizə aaparan güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Leyla Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

 

1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10

2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2

3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

 

FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) 3:9

Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!