26 Avqust, 2014
Oya Ergün “İlin favoriti” oldu

Azərbaycanda yaşayıb fəaliyyət göstərən opera ifaçısı Oya Ergünə ölməz sənətkarımız Rəşid Behbudovun mahnılarından ibarət hazırladığı “Sevgilim” albomuna görə mükafat verilib

Simsar.az xəbər verir ki, Ergün Azərbaycanda “Show production”nun  təşkilatçılığı ilə hər il keçirilən “İlin favoriti” mükafatına layiq görülüb. Öz növbəsində, Oya xanım onun işini dəyərləndirərək “İlin Uğurlu Albomu” mükafatına layiq görən gənc təşkliatçı “Show production”nun rəhbəri  Vüsal Həsənova təşəkkürlərini bildirib: “Gənclərin işimi dəyərləndirib, ölməz Rəşid Behbudov mahnılarından ibarət albomuma görə, mükafat vermələri məni çox sevindirdi. Bütün təşkilatçılara öz təşəkkürlərimi bildirəm”.

Xatırladaq ki, “Show production” nun təşkil etdiyi  “İlin favoriti” mükafatı mədəniyyət, incəsənət, KİV və biznes sahəsində uğurları ilə seçilən insanlara təqdim edilir.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!