26 Avqust, 2014
Elmar Məmmədyarov Slovakiya səfirini qəbul etdi

Nazir Elmar Məmmədyarov Slovakiyanın Azərbaycanda akkreditə olunmuş səfirini qəbul edib.

Simsar.az xəbər verir ki, Elmar Məmmədyarov Slovakiyanın Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Jozef Miqası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Elmar Məmmədyarov səfir Jozef Miqasa gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunaraq, müqavilə-hüquq bazasının genişləndirilməsi və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!