26 Avqust, 2014
Dostlar qrupu -"Dovşan" - VİDEO

Simsar.az xəbər verir ki, qısa zamanda yetərincə dinləyici auditoriyası toplamağa müvəffəq olmuş "Dostlar qrupu"nun solistləri Əhməd Mustafayev və Sami Oruc yeni hitlərini üzə çıxarıblar.

"Ay səni dovşan yesin" adlı real hiti oxuyan sənətçilərin yenilikləri barəsində oxucularımızı qrupun prodüseri Tural Nəbiyev məlumatlandırdı:

"Bu mahnının bəstəkarı və ilk ifaçısı Şəmistan adlı müğənnidir. Biz ondan icazə alıb, "Dovşan" mahnısını yenidən aranjeman etdirdik.

Bir neçə gün lentə alınmasına baxmayaraq,  mahnı kifayət qədər rezonansa səbəb olmaqdadır.

"Dostlar qrupu"nun solistləri daha iki yeni mahnı üzərində çalışırlar ki, İnşAllah onları sentyabrda eşidəcəksiniz".

Fərqli səs tembri ilə seçilən Əhməd Mustafayevin yeni nəfəs verdiyi "Ay səni dovşan yesin" mahnısını oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!