26 Avqust, 2014
Nazirlik polisə müraciət etdi

5 ədəd Eldar şamı və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu gün nazirliyə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə şikayət daxil olub. Şikayət dərhal Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə baxış zamanı sözügedən ünvanda 5 ədəd Eldar şamı və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar olunub. Qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət edilib.

Eyni zamanda, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib.

Hazırda sözügedən yaşıllıq ərazi Nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən nəzarətə götürülüb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!