Simsar.az xəbər verir ki, İslandiyada vulkanik dağın yaxınlığında 5.7 bal gücündə olan zəlzələ meydana gəlib. Zəlzələnin İslandiyada son 48 saatda 5 baldan güclü olan dördüncü zəlzələ olduğu qeydə alınıb.
İslandiya Metereoloji Ofisindən verilən açıqlamada sarsıntının ötən həftə fəaliyyətində artım qeydə alınmasından bəri bölgədə meydana gələn ən güclü zəlzələ olduğunu vurğulayıb. Zəlzələ nəticsində ölüm və dağıntı faktları qeydə alınmayıb.