4 Aprel, 2011
Məhkum qaçdı

Hazırda Məhərrəm Rzayevin tutulması istiqamətində tədbirlər həyata keçirilir

Bu barədə APA-ya Goranboy Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Goranda yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orda saxlanılan Məhərrəm Rzayev adlı məhkum bir neçə gün əvvəl müəssisədən qaçıb. 

Faktla bağlı cinayət işi başlanıb. Hazırda M. Rzayevin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, M. Rzayevin saxlanıldığı müəssisə məntəqə tipli cəzaçəkmə müəssisəsidir. M. Sadıqov M. Rzayevin barəsində axtarış elan edildiyini qeyd edib.

Qeyd edək ki, M. Rzayev Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə məhkum olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!