26 Avqust, 2014
Azərbaycanda 297 nəfəri siçovul dişləyib – Rəsmi

“Azərbaycanda bu ilin 7 ayında 9 min 294 nəfəri müxtəlif heyvanlar dişləyib”.

Bunu Simsar.az-a  açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva söyləyib.

Bu ilin 7 ayı ərzində  8 min 159 nəfəri it, 649 nəfəri pişik, 297 nəfəri siçovul, 189 nəfəri başqa heyvanlar (canavar, ayı, çaqqal, meymun və s.) dişləyib.

Keçən ilin ilk 7 ayında 10 min 105 nəfəri müxtəlif heyvanlar dişləyib. Yəni 8 min 744 nəfər it, 755 nəfər pişik, 376 nəfər siçovul, 230 nəfər başqa heyvanların dişləməsinə məruz qalıb. Ümumiyyətlə, keçən ilin anoloji dövrü ilə müqayisədə Bakıda dişləmə faktları 811 nəfər azalıb.

E. Əliyeva paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasını da açıqlayıb. Bu ilin 7 ayında Bakıda 2 min 687 dişləmə faktı qeydə alınıb. Onların  2066 nəfəri it, 382 nəfəri pişik, 188 nəfəri siçovul, 51 nəfəri başqa heyvanlar dişləyib.

Ötən ilin anoloji dövründə 2 min 831 dişləmə faktı qeydə alınıb. Həmin dövrdə 2 min 132 nəfəri it, 409 nəfəri pişik, 223 nəfəri siçovul, 67 nəfəri başqa heyvanlar dişləyib.

Elmira Əliyeva  keçən illə müqayisədə ümumən dişləmə faktlarının azalmasını insanlar arasında aparılan maarifləndirmə işi ilə əlaqələndirib: “İnsanlar dişləmə halları olarkən dərhal vaksin vurdururlar, bu da quduzluğa yoluxmanın qarşısını alır.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!