26 Avqust, 2014
“Gədisu-Stalçay”da seysmik kəşfiyyat işləri başa çatdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geofizika və geologiya idarəsinin “Kəşfiyyatgeofizika” istehsalat bölməsi “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Gədisu-Stalçay” sahəsində seysmik kəşfiyyat işlərini uğurla başa çatdırıb.

ARDNŞ-in mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, Quba-Xəzəryanı neftli-qazlı rayonunda yerləşən sahədə 176 kilometrlik 2D, 183 kilometrlik qravimetrik və 173 kilometrlik maqnimetrik işlər aparılıb. Çöl işləri zamanı əldə edilən materiallar emal və interpretasiya mərhələsindədir.

Tədqiqat işləri “Gədisu-Stalçay” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyıb. Əldə edilən məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!