26 Avqust, 2014
Britaniyanın enerji portalı Azərbaycandan yazdı

Britaniyanın beynəlxalq enerji portalı “Energy Live News” Azərbaycanda enerji məhsuldarlığı potensialından bəhs edib.

Məlumatda bildirilir ki, Azərbaycanda enerji məhsuldarlığının inkişaf etdirilməsi məqsədi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının “Qafqaz enerji məhsuldarlığı proqramı” çərçivəsində ölkəmizə 5 milyon ABŞ dolları məbləğində qrant ayrılacaq. Vəsait izolyasiya, günəş su qızdırıcıları, damüstü günəş panelləri kimi bərpa olunan enerji texnologiyalarının tətbiqinə sərf ediləcək.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!