25 Avqust, 2014
Simoneyə ağır cəza - TƏSDİQLƏNDİ

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə ağır cəza tətbiq edib.

Simsar.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis ölkə superkubokunda "Real"la cavab matçında hakimlə mübahisə etdiyi üçün səkkiz oyunluq cəzalandırılıb.

Qeyd edək ki, D.Simeone "Real"la matçın 25-ci dəqiqəsində futbolçusu Xuanfranın zədələnməsindən sonra qaydanı pozan rəqib oyunçuya sarı vərəqə verilmədiyinə görə hakimə etiraz edib, iki dəfə isə dördüncü hakimin başına vurub. Bu səbəbdən o, tribunaya göndərilib.

Qarşılaşmadan sonra Simeone hakimdən üzr istəyib.

Bu cəza səbəbindən Simeone komandasının növbəti səkkiz oyununda texniki zonada ola bilməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!