25 Avqust, 2014
Riberidən şad xəbər

"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi zədəsini sağaldıb.

Simsar.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, fransalı futbolçu çərşənbə günü komandası ilə birgə məşqlərə başlayacaq.

Təcrübəli futbolçunun sentyabrın 13-də, Bundesliqanın III turunda "Ştuttqar"la görüşdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, iyun ayının əvvəllərində belindən zədələnən Riberi "DÇ-2014"də Fransa yığmasına kömək edə bilməmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!