25 Avqust, 2014
Biznes və hakimiyyət dialoqunu təmin edən FORUMlar

Caspian European Club (CEIBC) 2014-cü ilin ikinci yarısında (sentyabr - dekabr) nazirlik və dövlət qurumları rəhbərlərinin sədrliyi ilə biznes - hakimiyyət dialoqu çərçivəsində bir sıra forumlar təşkil edəcək.

CEIBC-dən Simsar.az verilən məlumata görə, biznes-forumlar Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə keçiriləcək.

CEIBC-nin baş icraçı direktoru Telman Əliyev CEIBC-nin biznes-forumlarında iştirakına görə nazirlik və hökümət qurumları rəhbərlərinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forumlar çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə şirkətlərin problem və təklifləri müzakirə olunacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Biznes-forumların yekun nəticəsi olaraq  CEIBC və dövlət qurumlarının birgə işçi qrupu çərçivəsində təkliflər hazırlanacaq  və baxılmaq üçün hökumətə və parlamentə (Milli Məclisə) təqdim olunacaq.

CEIBC-nin tədbirlərinə Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı biznes-assosiasiyaların rəhbərləri dəvət olunacaq.

Biznes-forumlarda iştirak etmək istəyənlər club@caspianenergy.net elektron ünvanı vasitəsilə təşkilatçılarla əlaqə saxlaya bilərlər.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!