25 Avqust, 2014
“Game of Thrones” serialının operası hazırlanır

Müsair proqramları ilə məşhur olan  Nyu-Yorkun “One One World Senfoni” orkestri yeni sezonda “Game of Thrones”, “New Girl” və “Hannibal”ın da aralarında olduğu TV seriallarını opera şəkilində səhnəyə qoymağa hazırlaşır. Orkestrin sənət rəhbəri və şefi Sung Jin Hong “Game of Thrones” I niyə seçdikləri ilə bağlı bunları deyib: “Operanın yüz illə boyu təqdim etdiyi dram, intirqa və ehtirasın hamısı bu serialda var. Saymaq lazım olarsa başdan çıxartma, xəyanət, siyasət manevrləri, romantizm, qəlb qırğınlığı bunlardan bir neçəsidir”.

2015- ci ilin fevralın 1-2-də gerçəkləşəcək “Game of Thrones” proqramında tamaşaçılar Vagner, Mozart, Stravinsky və Annie Lennoxun Oskar mükafatlı əsəri olan “İnto the West”i dinləyə biləcəklər. “New Girl” də Mozart, Puccini ve Strauss kimi klassiklərlə yanaşı, Björk və Keyt Perry kimi modern musiqiçilərin bəsətələri də yer alacaq. Yeni opera heyranları yaratmaq üçün televizordan istifadə etmək “One World Senfoni” orkestrinin əvvəllər də tətbiq etdiyi bir taktikadır. Yanvar ayında AMC-nin məşhur serialından ilhamlanaraq “Breaking Bad-Ozymandias” adlı operanın qalasını keçirmidi və bu opera orkestrin ən çox izlənən performansı olmuşdu.

Günel

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!