25 Avqust, 2014
BMT-dən Türkmənlərə qətliam xəbərdarlığı

BMT İraq xüsusi Təmsilçisi Nikolay Mladenov, İraqda İŞİD-in mühasirəyə aldığı Türkmən qəsəbəsi Amrelidəki vəziyyətlə bağlı açıqlama verib. Mladenov, mühasirədə qalan 20 min Türkmənə qarşı həyata keçirilə biləcək qətliamın əngəllənməsi üçün, dərhal hərəkətə keçilməyin vacib olduğunu bildirib: “İraq hökuməti mühasirəni yumşaltması üçün, ya qəsəbə sakinlərinə yardım çatdırılmalı, ya da bir yol tapıb mühasirədən çıxarılmalıdırlar. İraqın müttəfiqləri və beynəlxalq ictimaiyyət, insani bir faciyənin qarşısını almaq üçün birlikdə çalışmalıdır”.

Əhalisinin əksəriyyətini Şiə türkmənlər  təkil edən Amreli, 18 iyunda tamamən İŞİD güclərinin mühasirəsinə düşüb. Amreli ətrafındakı 34 kənd isə İŞİD-in əlinə keçib. 20 min türkmən artıq 2 aydan çoxdur ki İŞİD mühasirəsindədir. Qəsəbəyə yardım yalnız helikopter yoluyla çatdırıla bilinir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!