4 Aprel, 2011
Obama prezident seçilmək üçün mübarizə aparmağa qəti qərar verib

ABŞ prezidenti Barak Obama 2012-ci il noyabrın 6-da ikinci müddətə prezident seçilmək üçün seçki kampaniyasına başladı

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Barak Obamanın şəxsi saytının siması dəyişib. İndi saytda seçkiqabağı kampaniya başlayıb. Saytda müxtəlif insanların Barak Obamanın fəaliyyətinə münasibət bildirməsi üçün rolik yerləşdirilib. 

Saytı ziyarət edənlərə Barak Obamanın kampaniyası üçün ianə vermək, öz qohumlarını, dostlarını və qonşularını seçkiqabağı təşviqata cəlb etmək təklif olunur. Başqa sözlə, Barak Obamanın seçkiqabağı kampaniyasını başlamış saymaq olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!