23 Avqust, 2014
Sürücülərin nəzərinə- Yollar bağlanacaq

Sabah gecə saatlarında Bakının yollarından birində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Simsar.az-ın verdiyi məlumata görə, avqustun 24-dən 25-nə keçən gecə saat 00.00-dan Bakı Dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən Sədərək dairəsinə, yəni yolun 8-ci km hissəsinə qədər hərəkət tamamilə məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyulmasına səbəb yolda asfalt-beton örtüyünün aşınma qatının yenilənməsidir: “Sürücülər alternativ olaraq Xocahəsən-Lökbatan yolu ilə Bakı Dairəvi avtomobil yolunun 8-ci kilometrinə çıxmaqla, oradan istər Astara, istərsə də Qazax istiqamətində normal hərəkət edə bilərlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!