23 Avqust, 2014
Basketbol üzrə Azərbaycan millisi dünya turunun seçim mərhələsində

Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə dünya turunun seçmə mərhələ yarışları keçirilir.

Simsar.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də mübarizə aparır. Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan yarışda millimizin heyətində Fuad Niftəliyev, Amil Hamzayev, Davit Barbakadze və Rolandas Aliyevas yer alıblar.

Turnirdə Danimarka, Sloveniya, Latviya, Rusiya, İsveç, Serbiya, Andorra, İrlandiya, Böyük Britaniya və Estoniya komandaları iştirak edirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!