23 Avqust, 2014
Prezident Binə qəsəbəsindəki yeni məktəb binasıyla tanış olub

Azərbaycan prezidenti İlham Əliyev avqustun 23-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Simsar.azın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı prezidentə məlumat verib.

1934-cü ildə istifadəyə verilən məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib.

Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub.

Qeyd edək ki, ötən il prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlət başçısının diqqətinə çatdırılıb, prezident ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər verib.

Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulub.

Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış olub.

Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!